2010/09/26

Gecə ta subhəگئجه


Gecə ta subhə kimi mələdim bilmədiniz heç!,
Ürəyin qanını gözdən ələdim bilmədiniz heç!,
Gün çıxan vaxtta yığışdız bir ağac kölgəsinə,
Uyduz əvvəldə ürəkdən qara bayquş səsinə,
Oyanan olmadı kimsə o ağac şeyhəsinə,
Nə yuxu, ləş-ləşin üstə kələdim bilmədiniz heç,
Qollarizdan yapışıb silkələdim bilmədiniz heç.

Baxdım dalısıca yar gedəndə,
Bir yolda dedim baxar gedəndə,
Baxdı qapıdan keçəndə güldü,
Bilməzdi ürək umar gedəndə,
Bağlandı dilim ürəkdən amma,
Az qaldı çəkim havar gedəndə!,
Səndən sonra eşqi neynəyirən mən!,
Al eşqinidə apar gedəndə.
h.cəfəri
گئجه تا صوبحه کیمی ملدیم بیلمدینیز هئچ!،
اوریین قانینی گؤزدن الدیم بیلمدینیز هئچ!،
گون چیخان واختتا ییغیشدیز بیر آغاج کؤلگه‌سینه،
اویدوز اولده اورک‌دن قارا بایقوش سسینه،
اویانان اولمادی کیمسه او آغاج شئیهه‌سینه،
نه یوخو، لش-لشین اوسته کلدیم بیلمدینیز هئچ،
قوللاریزدان یاپیشیب سیلکلدیم بیلمدینیز هئچ.

باخدیم دالی‌سیجا یار گئدنده،
بیر یولدا دئدیم باخار گئدنده،
باخدی قاپی‌دان کئچنده گولدو،
بیلمزدی اورک اومار گئدنده،
باغلاندی دیلیم اورک‌دن اما،
آز قالدی چکیم هاوار گئدنده!،
سن‌دن سونرا عشقی نئینییرن من!،
آل عشقینیده آپار گئدنده.
ه.جعفری

Anamın səsindəآنامین سسینده


Anamın səsində sədasındayam
Dolanıb gəlmişəm şahbaz kəndinə
Uşağlığ halında havasındayam
Dırmaşıb çıxıram bir uca dağa
Iki donqa daşın arasındayam

Saş ustən baxıram daş ürəklərə
Şaxtadan saralan gül çiçəklərə
Elə qərq oluram geçəcəklərə
Bilmirəm dünyanın harasındayam

Nənəmdir səslənir ay ot aparmış
Daşdan ən düşərsən kürəyi yanmış
Diyəsən cindi bu ömrü talanmış
Anamın səsində sədasındayam

Bu  tayda büllər çəkilir dara
O tayda sellərdə boğulur sara
Bu tauyın günləri o taydan qara
Bu qara günlərin çarasındayam

Bu tayda sulari bulandırıllar
O tayda duranı doladırıllar
Haqqı al qanına boyandırıllar
Həqqilə baatilin davasındayam

Bu tayda atalar alçaqlıq öyür
O tayda analar sinəsin döyür
Belə bir zamanda ürəyim öyür
Düşmüşəm bir çuxur çalasındayam

Qozğunlar toxluqdan qaş – gözün atır
Kəhliklər acından çinədan satır
Hey haxdır görürəm nahaxdan batır
Mənə bax ümüdlər cadasındayam

Nisgillər gətirdi dilə bülbülü
Köksündən alışır çilə bülbülü
Yandırdı döndərdi külə bülbülü
Odlanan bir quşun yuvasındayam

Gedirəm aəsomi ardımcaq salın
Gedirəm gedərgin salamat qalın
Ardımca oynayın oxuyun çalın
Babəkin qartallı qalasındayam

Şaiir-ustad HUŞƏNG CƏƏFƏRİ

آنامین سسینده صداسیندایام
دولانیب گلمیشم شاهباز کندینه
اوشاقلیق حالیندا هاواسیندایام
دیرماشیب چیخیرام بیر اوجا داغا
ایکی دونقا داشین آراسیندایام

داش اوسدن باخیرام داش اورکلره
شاختادان سارالان گول چیچکلره
ائله غرق اولورام گئچه جکلره
بیلمیرم دونیانین هاراسیندایام

ننم دیر سسله نیر آی اوت آپارمیش
داشدان اَن دوشرسن کوره گی یانمیش
دییه سن جیندی بو ، عومرو تالانمیش
آنامین سسینده صداسیندایام

بو تایدا بولبوللر چکیلیر دارا
او تایدا سئللرده بوغولور سارا
بوتایین گونلری او تایدان قارا
بو قارا گونلرین چاراسیندایام

بو تایدا سولاری بولاندیردیلار
او تایدا دوورانی دولاندیردیلار
حاقّی آل قانینا بویاندیردیلار
حق ایله باطیلین داواسیندایام

بو تایدا آتالار آلچاقلیق سؤیور
او تایدا آنالار سینه سین دؤیور
بئله بیر زاماندا اوره گیم اؤیور
دوشموشم بیر چوخور چالاسیندایام

قوزغونلار توخلوقدان قاش - گؤزون آتیر
کهلیک لر آجیندان چینکدان ساتیر
هئی حقدیر گؤرورم ناحقدن باتیر
منه باخ اومیدلر جاداسیندایام

نیسگیل لر گتیردی دیله بولبولو
کؤکسوندن آلیشیر چیله بولبولو
یاندیردی دؤندردی کوله بولبولو
اودلانان بیر قوشون یوواسیندایام

گئدیرم سسیمی آردیمجاق سالین
گئدرگین ، سالامات قالین
آردیمجاق اوینایین اوخویون چالین
بابکین قارتاللی قالاسیندایام

شاعیر : اوستاد هوشنگ جعفری

Ağ bulağآغ بولاق

Ağ bulağ
Ağ bulağ ağla bulağ
Qoy suyun axsın gölə saari
Köç edibgetdi cavanlar
Suvaran yox mumalari
Çəkilə qəddi yuxari
Qalanın yoxdu çıxari
Qocalıblar gicəliblər
Odu day kətdə qalıblar
Ağbulağ ağla bulağ
Bəlkə ağaclar cana gəlsin
Qara çəkütgəni dindir sazı çalsın
Suyun üstündə zülük oynağa gəlsin
Gözələr qaynağa gəlsin
Bəlkə qan yanqağa gəlsin
Qara çəkütgə də müddətdi ki qəm tarı çalmır
Oda day hal xəbər almır
Ağbulağ ağla bulağ
Sütlü gənlərdə bizim tək sütə həsrət qalacaqdır
Ağ yel əsdikcə
Ağaclar quruyub gadmaların
Day quruyub yarpağınan tar çalacaqdır
Onda day kim qalacaqdır
Kim ağızlıq açacaqdır
Bağa kim su salacaqdır
Görürəm yon calar ətrafıbütün mur-o-mələxdi
Ağbulağ qaynamağın vəxti nə vəxdi
Ağbulağ ağla bulağ
Bağçada güllər saralıbdır
Bağban bəs ki su fikrində qalıbdır qocalıbdır
Xəzəl ətrafı alıbdır
Bizi pis dərdə salıbdır
Şişey e ömrümüzü daşə çalıbdır
Odu day ömr azalıbdır
Görürəm yoncaları leylək ulağlar otarıbdır
Yoncadan gül qutarıbdır
Ağbulağ ağla bulağ
Qoy xəşələr başın ucaltsın
Hərzə otlar yerə batsın
Məməl istir atı satsın
Yerinə bir ulağ alsın
Axı burda niyə qalsın
Nə ümidiylə dayansın
Özünü kol – kosa salsın
Nə məməriylə dolansın
Niyə qalsın
Kətxudanı görüsən kətdə özün bağladı getdi
Kənlinin var-yoxun aldı sibilin yağladı getdi
Ağbulağ ağla bulağ
Qəm yenə ovzanı qatıbdır
Məşə SULTAN da bizim bağçaya bir cəmdək atıbdır
Dişləri qanə batıbdır
ələ fürsətdi çatıbdər
hələ qurtlarda iyyindən biləcəkdir
qanın onlar tökəcəkdir
Ağbulağ ağla bulağ
Sən əyər qaynayasan bizdə sazallıx
Yığışıb yeksərə ətrafını allıx
Quruyan dəştə su sallıx
Sən əyər qaynamasan
Bizdə sozallıx
Bizdə day onda gicallıx
Su xəyaliylə qocallıx
Ağ bulağ bəs bu nə haalətdi qalıbsan
Ağ bulağ bəs bu nə vəhşətdi salıbsan
Ağbulağ ağla bulağ
Səndə gözəl xatirələr var
Səndə bir xan balasından surağım var
Səndə bir qussəli qəmli qonağım var
Səndə bir çal papağım var
Səndə sınmaz dayağım var
Səndə bir CƏƏFƏƏRİ tək şeeridə şaiir sayağım var
Ona hörmət edənin göylü şad olsun
Oda ğurbətdədi ondanda yad olsun
Ağbulağ ağla bulağ
Şaiir: ustad HUÇƏNG CƏƏFƏRI
آغ بولاق
آغ بولاق ، اغلا بولاق
قوی سویون آخسین گؤله ساری
کؤچ ائدیب گئتدی جاوانلار
سوواران یوخ مومالاری
چکیله قددی یوخاری
قالانین یوخدو چیخاری
قوجالیبلار گیجالیبلار
اودو دای کتده قالیبلار
آغ بولاق آغلا بولاق
بلکه آغاجلار جانا گلسین
قارا چککیرته نی دیندیر ، سازی چالسین
سویون اوستونده زؤلوک اویناغا گلسین
گؤزلر قایناغا گلسین
بلکه قان یانقاغا گلسین
قارا چککیرته ده مدت دی کی دای غم تاری چالمیر
اودا دای حال خبر آلمیر
آغ بولاق آغلا بولاق
سوتلوگنلرده بیزیم تک سوته حسرت قالاجاقدیر
آغ یئل اسدیکجه
آغاجلار سارالیب – گادمالارین
دای قورویوب یارپاقیلان تار چالاجاقدیر
اوندا دای کیم قالاجاقدیر ؟
کیم آغیزلیق آچاجاقدیر
باغا کیم سو سالاجاقدیر
گؤرورم یونجالار اطرافی بوتون مور و ملخدی
آغ بولاق قایناماغین وختی نه وخدی ؟
آغ بولاق آغلا بولاق
باغچادا گوللر سارالیبدیر
باغبان بسکی سو فیکرینده قالیبدیر قوجالیبدیر
خزل اطرافی آلیبدیر
بیزی پیس درده سالیبدیر
شیشه ی عومروموزی داشه چالیبدیر
اودو دای عمر آزالیبدیر
گؤرورم یونجالاری لی لک اولاغ لار اوتاریب دیر
یونجادان گول قوتاریبدیر
آغ بولاق آغلا بولاق
قوی خشه لر باشین اوجالتسین
هرزه اوتلار یئره باتسین
ممل ایستیر آتی ساتسین
یئرینه بیر اولاغ آلسین
آخی بوردا نییه قالسین ؟
نه اومیدیله دایانسین
اؤزونو کول – کوسا سالسین
نه ممریله دولانسین ؟
نییه قالسین ؟
کدخدانی گؤروسن کتده اؤزون باغلادی گئتدی
کندلی نین وار – یوخون آلدی سیبیلین یاغلادی گئتدی
آغ بولاق ، آغلا بولاق
غم یئنه اوضانی قاتیب دیر
مشه سولطان دا بیزیم باغچایا بیر جمدک آتیب دیر
گوشه ده آج قالان ایت لر بوتون اطراف دا یاتیب دیر
دیشلری قانه باتیب دیر
اله فرصت دی چاتیب دیر
هله قوردلار دا ایین دن بیله جکدیر
قانین اونلار تؤکه جک دیر
آغ بولاق آغلا بولاق
سن اگر قاینایاسان بیزده سازاللیق
ییغیشیب یکسره اطرافینی آللیق
قورویان دشته سو ساللیق
سن اگر قایناماسان
بیزده سوزاللیق
بیزده دای اوندا گیجاللیق
سو خیالیله قوجاللیق
آغ بولاق بس بو نه حالتدی قالیب سان ؟
آغ بولاق بس بو نه وحشتدی سالیب سان ؟
آغ بولاق ، آغلا بولاق
سنده گؤزل خاطیره لر وار
سنده بیر خان بالاسیندان سوراغیم وار
سنده بیر غصه لی غملی قوناغیم وار
سنده بیر چال پاپاغیم وار
سنده سینماز دایاغیم وار
سنده بیر « جعفری » تک شعریده شاعیر سایاغیم وار
اونا حرمت ائدنین گؤگلو شاد اولسون
اودا غربت ده دی اوندان دا یاد اولسون
آغ بولاق ، آغلا بولاق
شاعیر : اوستاد هوشنگ جعفری

Ağ atımآغ آتیم


Ağ atım
Ağ atım qolqanatım
at qədəmin yurtma yeri
aş təpələrdən
sıldırım tək sərələrdən
selə sınmış dərələrdən
bu nə dumandı gözəl kəhliyimi hstir ayırsın fərələrdən
qeyrətim cuşə gəlir qəmli xəbərdən
ağ atım qorma xətərdən
Ağ atım qolqanatım
Şihə çək qoy səsivə
Bəlkə yatanlarda oyansın
Yatmağın vaxti deyil dursun utansın
Yatanın ömrü talansın
Taza nə,lin var atım
Çal bu dağın sinəsinə qoy paralansın
Çal dağın sinəsi batsın , yaralansın
Daşıdaşdan aralansın
Ağ atım qolqanatım
Daş qayadan aşma çətindi
Qabağ üz yoqquşadı qaşma çətindi
Dağa dırmaşma çətindi
Daşa sovxaşma çətindi
Baxma yolları çətindi oranın heybəti yoxdur
Ağ atım himmət elə
Qeyrəti yoxdur
Hələ üz yoqquşalar çoxdu qabaxda
Aşmağ olmaz bu ayaxda
Ağ atım qolqanatım
Bəsdi ayax saxlama gün batdı qaraldı
Gün geçıb dağ dalına rəngi saraldı
Dağın üstün duman aldı
ağ atlım bəs bu nə haldı
bura yarqandı atım durma amandı
Ağ atım qolqanatım
At qədəm aydınlığa sari
Hörküşən ovlarılan , çıx sərə yollari yuxari
Qar qalan dağlara sal bir nəfəsin
Qoy ərisin buz kimi çiynindəki qari
Sulari axlara sal bəlkə suvarsın
Quru qalmış obalari
Qoy böyük göldə üzüşsünlə yaşıl baş sonalari
Ağ atım
Cəhd elə bari
Səny tari
Ağ atım qolqanatım
Təb,imin dəryası coşqundu
Yel əsdir ləpələnsin
Qoy çalım səxrələrə dalğamı dalğam səpələnsin
Qoy yağış tək quruyan dağlarınüstundə ələnsin
Hərzə otlari aparsın
Lala bitsin
Hamı güllər təzələnsin
Gülü bülbül yiyələnsin
Ağ atım qolqanatım
At qədəmin qə,eye babək dən aşax
Qara günlən savaşax
At gölündən səs atıb babəkin halın soruşax
Yenə tufanda coşax
Dəryalar tək qovuşax
Ağ atım qolqanatım
Şeyhə çək qoy səsivə
Hacərini tərkinə çəksin nəbi gəlsin
Qoy koroğli atını dağlara salsın
Eşidib şeyhəni gəlsin
əldə kəsgin qılıcıyla
Boyasın qanə keçəl həmzəni gəlsin
Qoy kərəm saazını salsın döşünə çöllərə düşsun
Hay səsi ellərə düşsun
Degilən qəmli kərəm istər əyər , əslini gəlsin
Düşmənin bəlkə kəsək nəslini gəlsin
Qoy bu dağlarda böyük həlhələ düşsün
Dağlara vəlvələ düşsün
Ağ atım qolqanatım
Mənə bir qalğı atamdan bu vərəndildi bunu çiynimə sallam
Qqaradağ başını allam
Ora bir vəlvələ sallam
Ağ atım durma yubansan dalı qallam
Ağ atım qolqanatım
Biz əyər qolleye simorğudan aşsax bizə azdı
Baxma yollar natarazdı
Baxma bu qarlı DƏMAVƏND , bu QAFQAZ , bu HARAZdi
Baxma dağda hava tutqundi dyazdı
Baxma bu qışdı bu tazdı
Ağ atım at qədəmin dərya dayazdı
Dəryanı geçsən əyər şəhri niyazdı
Orda hər qan ki töküldü yerə azadlığı yazdı
Bəşər azadlığa bazdı
Ağ atım qolqanatım
Orda dölbərçin otu dört pır açıbdı
Orda dillənməyə dil , tazə şirin dillər açıbdı
Orda bağlarda bütün güllər açıbdı
Ağ atım at qədəm aydınlığa sari
Şair cəfərli

آغ آتیم
آغ آتیم ، قول قاناتیم ،
آت قدمین یورتمه یئری !
آش تپه لردن
سیلدیریم تک سره لردن
سئله سینمیش دره لردن
بو نه طوفاندی گؤزل کهلیگیمی ایستیر آییرسین فره لردن
غیرتیم جوشه گلیر غملی خبردن
آغ آتیم – قورخما خطردن !
آغ آتیم قول ، قاناتیم ،
شیهه چک ، قوی سسیوه
بلکه یاتانلاردا اؤیانسین
یاتماغین واختی دگیل دورسون اوتانسین
یاتانین عؤمرو تالانسین
تازا نعلین وار آتیم
چال بو داغین سینه سینه ، قوی پارالانسین
چال داغین سینه سی باتسین ، یارالانسین
داشی داشدان ، آرالانسین
آغ آتیم قول قاناتیم
داش قایادان آشما چتیندی
قاباق اؤز یوققوشادی ، قاشما چتیندی
داغا دیرماشما چتیندی
داشا ، سووخاشما  چتیندی
باخما یوللاری چتیندی ، اورانین هیبتی یوخدور
آغ آتیم همت ائله !
غیرتی یوخدور
هله اؤز یوققوشالار چوخدو قاباقدا
آشماق اولماز بو آیاقدا
آغ آتیم قول قاناتیم
بسدی ایاق ساخلاما ، گون باتدی قارالدی
گون گئچیب داغ دالینا رنگی سارالدی
داغین اوستون دومان آلدی
آغ آتیم ، بس بو نه حالدی؟
بورا یارقاندی  آتیم دورما آماندی ....
آغ آتیم ، قول قاناتیم
آت قدم آیدینلیغا ساری
هؤرکوشن   اوولاریلان   ؛ چیخ سره یاللاری   یوخاری
قار قالان داغلارا سال بیر نفسین
قوی اریسین بوز کیمی چئگینینده کی قاری
سولاری آرخلارا سال بلکه سووارسین
قوری قالمیش اوبالاری
قوی بؤیوک گولده اؤزوشسونله یاشیل باش سونالاری
آغ آتیم
جهد ائله باری
سنی تاری !
آغ آتیم ، قول قاناتیم
طبعیمین دریاسی جوشقوندو
یئل اسدیر لپه لنسین
قوی چالیم صخره لره دالغامی  ، دالغام سپه لنسین
قوی یاغیش تک قورویان
داغلارین اؤستونده اله نسین
هرزه اوتلاری آپارسین
لالا بیتسین
هامی گؤللر تزه لنسین
گؤلو بلبل یییه لنسین
آغ آتیم ، قول قاناتیم
آت قدمین قلعه ی بابکدن آشاق
قارا گؤنلن ساواشاق
آت گؤلوندن سس آتیب ، بابکین حالین سوروشاق
یئنه طوفاندا جوشاق
دریالار تک قوووشاق
آغ آتیم ، قول قاناتیم
شیهه چک قوی سسیوه
هاجرینی ترکینه چکسین نبی گلسین
قوی کور اوغلو آتینی داغلارا سالسین
ائشیدیب شیهه نی گلسین
الده کسگین قیلیجیلا
بویاسین قانه کئچل حمزه نی گلسین
قوی کرم سازینی سالسین دؤشونه ، چؤللره دؤشسون
های سسی ائللره دؤشسون
دئگیلن غملی کرم ایستر اگر ، اصلینی گلسین
دشمنین بلکه کسک نسلینی ، گلسین
قوی بو داغلاردا بؤیوک هلهله دؤشسون
داغلارا ولوله دؤشسون !
آغ آتیم ، قول قاناتیم
منه بیر قالغی بابامدان ، بو ورندیلدی ، بونو چئگنیمه ساللام
قاراداغ باشینی آللام
اورا بیر ولوله ساللام
آغ آتیم دورما ، یوبانسان ، دالی قاللام
آغ آتیم ، قول قاناتیم
بیز اگر قلعه ی سیمرغدان آشساق بیزه آزدی
باخما یوللار ناتارازدی
باخما بو قارلی دماوند ، بو قفقاز بو هرازدی
باخما داغدا هاوا دوتقوندو – آیازدی
باخما بو قیشدی بو یازدی
آغ آتیم آت قدمین دریا ، دایازدی
دریانی گئچسن اگر شهرِ نیازدی
اوردا هر قان کی تؤکولدو یئره ، آزادلیقی یازدی
بشر آزادلیغا بازدی !
آغ آتیم ، قول قاناتیم
اوردا دؤلبرچین اوتو دؤرت پَر آچیبدی
اوردا دیللنمگه دیل تازه شیرین دیللر آچیبدی
اوردا باغلاردا بوتون گؤل لر آچیبدی
آغ آتیم
آت قدم آیدینلیغا ساری !




Adım daim qalarآدیم دائم قالار

Adım daim qalar əfsanələrdə

Içəydim bir şərab-i nabe eşqi
Gözün tək kaseye peymanələrdən

Mənə ziba pərəstlik aadət oldu
Gözüm qaldı rqxe cananələrdə

Huşum başdan çıxır qalmır qərarım
Qara zülfün görəndə şanələrdən

əgər məcnun-e eşq olsan mənim tək
bilərdin var nə hal divanələrdə

mən ondan məst-e eşqəm gəl danışdır
sorağım dutgilan meyxanələrdən

əzizlikdə məni kaş bir görəydin
əlan bir bayquşam viranələrdə

xərabə quşəsində var bir aaləm
ki yoxdur məcles-e şahanələdə

mənim sən mənbə-e ilhaamım olsan
Adım daim qalar əfsanələrdə

Oxurdu cəəfəri şeer ağlaşırdı
Nə bir işginləri biqanələrdən

Ustad huşəng cəəfəri


آدیم دائم قالار افسانه لرده

ایچه یدیم بیر شراب ناب عشقی
گؤزون تک کاسه پیمانه لردن

منه زیبا پرست لیک عادت اولدو
گؤزوم قالدی رخ جانانه لرده

هوشوم باشدان چیخیر قالمیر قراریم
قارا زولفون گؤرنده شانه لرده

اگر مجنون عشق اولسان منیم تک
بیلردین وار نه حال دیوانه لرده

من اوندان مست عشقم گل دانیشدیر
سوراغیم دوتگیلان میخانه لردن

عزیزلیکده منی کاش بیر گؤره ردین
الان بیر بایقوشام ویرانه لرده

خرابه گوشه سینده وار بیر عالم
کی یوخدور مجلس شاهانه لرده

منیم سن منبع الهامیم اولسان
آدیم دائم قالار افسانه لرده

اوخوردو جعفری شعر آغلاشیردی
نه بیر ایشگین لری ، بیگانه لرده

استاد هوشنگ جعفری