2010/09/15

Səhəndiyyə

Səhəndiyyə
Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim,
Başı Dumanlı Səhənd’im, başı Tufanlı Səhənd’im
Başda Heydər Baba tək qarla, qırovla qarışıpsan
Son ipək telli buludlarla ufugda sarışıpsan
Savaşırkən barışıpsan
Göydən ilham alalı sırrı səmâvatə deyərsən
Hələ ağ kürkü bürün, yazda yaşıl don da geyərsən
qoradan halva yeyərsən
Döşlərində sonalar sinəsi tək şux məmələrdə
Nə şirin çişmələrin var
O yaşlı telləri yel hörmədə, aynalı Səhərdə
İşvəli eşmələrin var
qoy Yağış yağsa da yağsın, sel olub axsa da axsın,
Yanlarında derələr var
Qoy gələmgaşların uçsun fərələrlə, hamı baxsın
Başlarında herələr var, sıldırımlar, sərələr var
O ətəklərdə nə qızlar yanağı lalələrin var
quzular otlayarax neydə nə xoş lalələrin var
Ay kimi hâlələrin var
Gül çiçəktdən bezənəndə, ne gəlinler kimi nâzın,
Suların zemzemesinde, ne dərin râz-ı niyâzın
Oynayar güllü gotazın
Titreyir saz telli tek şaxələrin   çayda, çəməndə,
Yel o tellərdə gəzəndə, ne Köroğlu çalı sazın
Ördəyin xəlvət edib göldə pərilərlə çiməndə
Qol qanaddan ona ağ hövlə açar qəzməli qağzın
qış gedir, qoy gələ yazın.
Hələ novruzgülü var, qar çiçəyin var, gələcəklər
Yel yağışda yuyunub  günşlpiləndə güləcəklər
Üzlərin tez siləcəklər
Qışda keklik həvəsiylə çölə qaçdığda canavarlar
Qarda qaqqıldayarag nazlı qələmqaşların olsun
Yaz o döşlərdə nahar məndəsin açdıgda çobanlar
Bollu, südlü sürülər, daldı qavutmaşların olsun
Ad alıp səndən o şair ki, sən ondan ad alarsan
Ona hər dad verəsən yüz o muqabil dad alarsan
Tarıdan hər zad alarsan

Adaş oldugda sən onla daha artıx ucalarsan
O cəlalətlə DƏMAVƏND dağından bac alarsan
Şir əlindən tac alarsan

O da şe’rin, ədəbin şah dağıdır, şanlı Səhəndi,m
O da sən tək atıb ulduzlara şe’riyle kəməndi
O da Simorğdan almağdadı fəndi
Şe’r yazanda qələmindən görusən dür səpələndi
Sanki ulduzlar ələndi
Söz deyəndə görusən qatdı gülü, püstəni, qəndi
Yaşasın şair efendi

O nə şair ki dağın vəsfinə misdaq oni gördum
Mən sənin tək ucaliğ məşqinə muşşaq oni gurdum
Eşqə eşq əhlinə muştaq oni gurdum

O nə şair ki, xıyal mərkəbinə şuv şığıyanda
O nəhəng at ayağın tozlu bulutlarda qoyanda
Lulələnməkdədi yer göy nəcə tumar sarayanda
Görəcəksən o zamanda
Nə zaman varsa məkan varsa kəsib biçdi bir anda
Geçəcəklər gələcəklər nə bu yanda nə o yanda
Nə bilim galdi hayanda
Bax nə hörmət var onun öz demişi tuk papağında
Serini tacı əyilmiş başı durmuş qabağında
Başına savrulan inci çarığ olmuş ayağında
Vəhyidir şeri mələklərdi pıçıldır qulağında
Şəhdi var bal dodağında

Oda dağlar kimi şənində nə yazsam yaraşandı
Oda zalim qoparan qarla kuləklə duruşandı
Quduza zalimə qarşı sinəgərmiş vuruşandı
Amma vəchində fağır xalqı eyilmiş soruşandı
Qara millətdə hunər bulsa hunərlə araşandi
Qaralarla qarışandı
Sarışandı 

Gecə haqqın gözudur, tur törətmiş ocağında
əriyib yağ tək urəklərdi yanırar çırağında
 mey məhəbbədən içibdir lalə bitibdir yanağında
o bir oğlan ki , pərilər su içəllər çanağında
inci qaynar bulağında
təbI bir sevgili bulbulki , oxur gul budağında
sarı sunbul qucğında
sular əfsanədi söylər onun əfsunli bağında
səhərin çənli çağında

Şairin zövqi ,nə əfsunli ,nə əfsanəli bağlar
Ay nə bağlar ki əlif leylidə əfsanədə bağlar
Od yaxıb dağları dağlar
Gul gulərsə bulağ ağlar
Şairn aləmi ölməz ona aləmda zaval yox
Arzılar orda nə xatirliyə imkandı ,mahal yox
Bağ-i cənnət kimi orda ,bu haramdir bu halal yox
O məhəbbətdə məlal yox
Orda haldır daha qal yox

Gecələr orda gumuşdəndi ,qızıldan ,nə gunuzlər
Nə zümürrüd kimi baglardı ,nə mərmər kimi düzlər
Nə sarı telli inəklər ,nə ala gözli ökuzlər
Ay necə ay kimi üzlər
Gul ağaclari nə tavus kimi çətrin açıbalvan
Hillə kərvanıdı çöllər bəzənər sursə bu karvan
Dəvə kərvanıdı dağlar ,yuki ətləsdı bu heyvan
Sabirin şəhrinə doğru ,qatarı çəkmədə sərvan
O xıyalımdakı şirvan

Orda qarda yağar amma daha gullər sola bulməz
Bu təbiət o təravətdə mahaldır ola bulməz
Ömr peymanəsi orda dola bulməz

O üfüqlərdə baxarsan  nə dənizlər ,nə boğazlar
Nə prilər kimi quşlar qonub uçmaxda ,nə qazlar
Gölda çimməkdə nə qizlar
Balığ ulduz kimi göllərdə  dənizlərdə parıldar
Abşar  mirvarısın sel kimi tökdükdə xarıldar
Yel kuşuldar su şarıldar
Qəsrilər vardı qızıldan,qalalar vardı əqiqdən
,,RAFAYIL,, tablosu tək səhnələri əhd-i əqiqdən
Doymasan köhnə rəfiqdən
Cənnətin bağları tək bağlarının hur o qusuri
Düzülüb qurfədə eyvanda ,cəvahir kimi huri
əldə hurilərinin cam-e buluri
tüngünün gel kimi səhbay-e təhuri
nə maraxlar ki ayıx gözlərə röyadı diyərsən
nə şafağlar ki dərin baxmada dəryadi diyərsən
uyduran cənnət-e məvadı diyərsən
zöhrənin qəsri birilyan ,hasarı incidi yaqut
qəsr-i cadudi məhəndisləri HARUT ilə MARUUT
orda mani dayanib qalmiş o surətlərə məbhut
gapi qulluxcusu HARUUT
Oda şerin muziyin mənbəi sərçişmədi qaynar
Nə pərilər kimi fəvvarədə əfşan olub oynar
Şair ancağ onu anlar
Doli məhtab kimi istəxridi fəvvarələriylə
Mələkə orda çimir ay kimi məhparələriylə
Güllü güşvarələriylə
Şer o musiqi şabaş olmada əfşandı pərişan
Sanki ağ şahidir olmaxda gəlin başına əfşan
Nə gəlinlər ki nə ənlik üzə sürtüllə , nə kirşan
Yaxa nə tülki nə dovşan  

Ağ pərilər sarı köynəkli buludlardan ənirlər
Süd gölündə mələkə iylə çimirkən sevinirlər
sevinirlər öyünürlər
qovzananda hərə əldə dolu bir cam aparırlar
sanki çəngilərə şairlərə ilham aparırlar
dərya qızlarına peyğam aparırlar
dənizin örtüyü mavi ofoqun səqfi səmavi
aynadı hər nə baxırsan yer olub göylə musavi
ğəq  onun şerinə ravi
ğurfələr ay-bulud altında olar tək görünürkən
göz açıb yummada çırağlar kimi yandığda sönurlər
səhnələr çərxi ələk tək burunub gahda çönürlər
kölgəliklərsürünürlər

zöhrə eyvanda ilahə şinelində görünərkən
baxasan hafizidə orda cəlalətlə görərsən
nə sevərsən

gah görən hafize şirazilə eyvanda durublar
gah görən ortada şətrənci qurarkən oturublar
gah görənsazilə avazilə əyləncə qurublar
sanki sağərdə vurublar

xacə əlhan oxuyanda hamı işdən dayanırlar
o nəvalərlə pərilər gah uyub gah oyanırlar
lalələr şövləsi əlvan şeşə rəngi boyanırlar
nə xumar gözlə yanırlar

qanad istər bu fəza , qoy qala tərlanlı səhəndim
eşit öz qissəmi dəstanımı dəstanlı səhəndim
səni heydərbaba o nə,rələriylə çağıranda
o səfil darda qalan , tülkü qovan şer bağıranda
şeytanın şıllağa qalxan qatırı noxda qıranda
dədəqorqud səsin aldım dedim arxamdi inandım
arxa durduxca səhəndim savalan tək havalandım
selə qarşı qovalandım
COŞQUNun da qanı daşdı mənə bir haylı sıs oldi
Hər səsiz bir nəfəs oldi
Bakı dağlarıda hay Verdi səsə qeyha ucaldı
Otayın nə,rələri sanki bu taydanda bac aldi
Qurd acaldıqca qocaldı
RAHİMin nə,rəsi qovzandı deyən toplar açıldı
Sel gəlib nəhrə qatıldı
RUSTƏMin topları səsləndi deyən bomlar açıldı
Bizə gül qonça saçıldı
Qorxma gəldim,, deyə səslərdə mənə can dedi qardaş
Mənə cancan deyərək düşmana qanqan dedi qardaş
Mənə sultan dedi qardaş
Məndə ,,canım,, çığırıb,,can sənə qurban,, dedi qardaş
El sizə qaflan dedi qardaş
Dağ sizə asan dedi qardaş

dağlı heydər babanın arxası hər yerdə dağ oldi
Dağa dağlar dayağ oldi
Arazım ayna çırağ goymada aydın şafağ oldi
O tayın nəğməsi qovzandi ürəklər qulağ oldi
Yenə qardaş deyərək qaçmada başlar ayağ oldi
Qaçdığ üzləşdik arazda ,yenə gözlər bulağ oldi
Yenə qəmlər qalağ oldi
Yenə qardaş sayaği sözlərimiz bir sayağ oldi
Vəsl iyin almada əl çatmadi eşqim damağ oldi
Həlalik qəm saralarkən qaralar döndi ağ oldi
Arazın süd gölu daşdi qayalıxlarda bağ oldi
Sarı sunbullərə zulf içrə oraxlar darağ oldi
Yoncalıxlar yenə bıldırçına yay yaz yatağ oldi
Gözdə yaşlar çırağ oldi
Lalə bitdi yanağ oldi
Qonça güldi dodağ oldi
Nə sol oldi nə sağ oldi
Elimi arxamı gördukdə  zalm ovçu qısıldı
Selmkimi zülmi basıldı
Zinə arx oldi kəsildi
Gül gözundən yaşı sildi
Tor quran ovçu atın qovmada sindi geri qaldı
Özü getdi toru qaldı
Amma  heydər babada bildi ki biz tək hamı dağlar
Bağlanıb qolqola zəncirdə buludlar odur ağlar
Nə bilim bəlkə təbi,ət özü namərdə gun ağlar
əyri yolları açarkən dez olan qolları bağlar
saf olan sinəni dağlar
dağlarin hər nə qoçi tərlanı ceyraanı marali
hamı düşgün hamı pozğun sinələr dağlı yaralı
gün açan yerdə saralı
amma zənnetmə ki dağlar yenə qalxan olacağdır
məhşər olmaxdadı bunlar daha vulqa olacağdır
zulm dünyası yanar kən də tilit qan olacağdır
vay......... nə tufan olacağdır
dedin azər elinin bir yaralı nisgilitəm  mən
nisgil olsamda gülüm bir əbədi sevgiliyəm mən
yad məni atsada öz gulşənimin bülbülüyəm mən
elimin farsıcada dərdini söylər diliyəm mən
haqqa doğru nə qaranlığsa , el məşəliyam mən
əbədiyyət gülüyəm mən
nisgil ol çərçiyə qalsın ki cəvahir nədi qanmır
mədəniyyə dəbin eylir bədəviyyət bir üsanmır
gün gedir az qala batsın gecəsindən bir usanmır
bir öz əhvalına yanmır
atar insanlığı amma yalan ənsabı atanmaz
fitnə qovzanmasa gün gecə aasudə yatanmaz
başı başlarə qatanmaz

Amma məndə sarı sən arxayın ol şanlı səhəndim
Dəli ceyranlı səhəndim
Mən daha ərşi əla kölgəsi tək başda tacım var
Hərəcim yox fərəcim var
Mən əli oğltam , azadələrin mərdi muradi
O qaranlığlara məşəl o ışığlığlara hadi
Həqqə imanə munadi
Başda sənmaz sipərim əldə kütəlməz qələcım var
Son  ata şəhriyar

No comments:

Post a Comment