qəm basdı qəlyanımı
qişin qərə qeyidi alıb mənim canımı
xurtdan deyib qucalıq , kəsib mənim yanımı
bu sıqarda zülük tək , düşüb mənim canıma
dodaq - dodaqə qoyub , sorur mənim qanımı
sazaq sazın quraraq , qulaxdı sankı burur
çəkibdi ipliyimi , qırıbdı qeytanımı
yenə qışın qoşunu , payız marşın çalaraq
kərdimdə varsa biçir , laləmi reyhanımı
üşüdüm ha üşüdüm , deyir mənim dərdimi
kürsü tovun itirib , axtarır dərmanımı
payızlamış zəmiyəm , vəryan mənənə gərək
dönərgə döndərəcək , döndükcə vəryanımı
qoy çalxasın bizi bu , zəmaanə nehrə kimi
mənim südüm çürüyüb , turşatsın ayranımı
hənr dilin qələmin ışdən salan məni də
işdən salıb itirib pak adımı sanımı
heydərbaba yolu tək , yol bağlanıb üzümə
avçı fəlk avlayıb sərvilə ceyranımı
nazlı yarım gedəli , sönüb mənim çırağım
xan varsada nə karı , evin ki yox xanımı
MƏRYƏM köçüb gedibn ŞƏHRZADınm da gedir
fələk əlımdən alır , dürrümü mərcanımı
yetim tək oz - gözümi nibt basıb basacaq
yaman qarışdırıacaq , səlqə mi , səhmanımı
nə diz var ki sürünüm , nə üz varkı qayıdım
nə yük qalıb nə yabı , soyubla kərvanımı
eldən məni qocalıq , azqın salıb , salacaq
itirdi TƏBRIZimi , oduzdu TƏHRAnımı
bizim də çayxanamız , çay tökrək qonağa
düldürdi zərdabilə , mənim də fincanımı
qəlyanla ŞƏHRIARım qəmi qaldır baxalım
mən də xoruldadıram , qəm basdı qəlıanımı
قه م باسدی قه لیانیمی
قیشین قره قئییدی آلیب منیم جانیمی
خورتدان دئییب قوجالیق ، کسیب منیم یانیمی
بو سیگاردا زو لی تک ، دوشوب منیم جانیما
دوداق – دوداقه قویوب ، سورور منیم قانیمی
سازاق سازین قوراراق ، قولاقدی سانکی بورور
چکیبدی ایپلیگیمی ، قیریبدی قئیطانیمی
یئنه قیشین قوشونی ، پائیز مارشین چالاراق
کردیمده وارسا بیچیر ، لاله می ریحانیمی
اوشودوم ها اوشودوم، دئییر منیم دردیمی
کورسو تووین ایتیریب ، آختاریر درمانیمی
پاییزلامیش زمی یم، وریان منه نه گرک
دؤنرگه دؤندره جک ، دؤندیکجه وریانیمی
قوی چالخاسین بیزی بو ، زمانه ئهره کیمی
منیم سودوم چورویوب ، تورشاتسین آیرانیمی
هنر دیلین قلمین ایشدن سالان منی ده
ایشدن سالیب ایتیریب پاک ادیمی سانیمی
حیدربابا یولی تک ، یول باغلانیب اوزومه
آوچی فلک آولاییب سررویله جئیرانیمی
نازلی یاریم گئده لی ، سؤنوب منیم چیراغیم
خان وارسادا نه کاری ، ائوین کی یوخ خانیمی
مریم کؤچوب گئدیبن شهرزادینم دا گئدیر
فلک الیمدن آلیر ، درریمی مرجانیمی
یئتیم تک اوز – گؤزومی نیبت باسیب باساجاق
یامان قاریشدیریاجاق ، سلقه می ، سهمانیمی
نه دیز وار کی سورونوم، نه اوز وارکی قاییدیم
نه یوک قالیب نه یابی ، سویوبلا کروانیمی
ائلدن منی قئوجالیق ، آزقین سالیب ، سالاجاق
ایتیردی تبریزیم ، اودوزدو تهرانیمی
بیزیم ده چایخانامیز ، چای تؤکررک قوناغا
دولدوردی زردآب ایله ، منیم ده فنجانیمی
قلیانلا شهریاریم غمی قالدیر باقالیم
من ده خورولدادیرام ، غم باسدی قلیانیمی
No comments:
Post a Comment