SURU(bir cəhənnəmdə bitən gül)
fələkin qanlı əlındən bir atlmış yerə əndı
bir fəlakt ananın can şirəsindən sütün əmdı
bollu nisgil şələsin çiyninə aldı
tay tüşündan dalı qaldı
sarı gül misli saraldı
günü tək bağrı qaraldı
dərd əlındən zara gəldi
günü gündən qara gəldi
xan çubansız
selə tapşırsın özün
yurdumuza bir sara gəldi
bir vəfasız yar əlındən
yara gəlməz sana gəldi
bir yazıq qız can əlındən
cana gəlməz cana gəldi
keçəcəkdə ələmut damınəsindən
buraya dərmana gəldi
bir adamsız SURU adlı ,
əlı bağlı ,
dili bağlı
SURUkimdür ?
bir güldi cəhnnəmdə bitibdir
SURUbir damcıdı güzdən axarağ üzdə itibdir
SURUyol yolçusudur
əyridə yox
düzdə itibdir
SURUbir mərsiə dir
oxşayaraq sözdə itibdir
o könüllərdə ki itmişdı əzəldən
odu güzdəndə itibdir
SURUbir gözləri bağlı , üzü dağlı , süzü dağlı ,
olub hardan hara bağlı !
boşlayıb doğma diyarın
omub əlbttə yarından
əl üzüb hər nə varından
qurxmayıb şəhrimizin qışda amansız buranından
nə qarından
gəzir avarə tapa yandırıcı dərdinə çarə
tapa bilmir
çox sevir eşqi başından ata , ama ata bilmir
ova bax ovçu dalınca qaçır ama çata bilmir
ış dünüb leyli düşüb çöllərə məcnün surağında
şirin əldə teşə , dağ parçalıyır
fərhad oturmuş otağında
təşnə ləb qü
necə gür can veri dərıa qırağında
güzdə həsrət yerini xoşlayub ibham dudağında
varlığın son əsəri az qalır ıtsın yanağında
sankı bir közdi bürünmüş külə varlıq ocağında
közərir piltə kimin
yağ tükənibdir çırağında
büy atır rənc bağında
qocalır gənc çağında
bir adamsız SURUadlı
əlı bağlı
dili bağlı
SURUcan omma fələkdən
fələkin yoxdu vəfası
nəqədər yoxdi vəfası
o qədər çoxdi cəfası
köhnə rəqqasə kimi hər kəsə bir cürdi ədası
o ayaqdan düşəni istir , ayaqdan salan olsun
o talanmışları istir güni gündən talan olsun
o atılmışları istir hamudan çox atan olsun
o satılmışları istir qul edər kən satan olsun
neyləmək
qurqu bucürdür
fələkin nəzmi əzəldən olub əzdadinə bağlı
qarasız ağlar olanmaz
dərə siz dağlar olanmaz
ölüsüz sağlar olanmaz
gərk hər bir güzlə bir dana çirkində yaranlsın
biri ənsın yərə güydən
biri ərşə ocalansın
biri çalsın əl ayaq qəm dənizində ,
biri sahildə sevinciylə dayansın
biri zillət palazın başə çəkib yatsada ancaq ,
birinin bəxti oyansın
biri quylansada nemətlərə yersiz ,
biri də qanə boyansın
ay adamsız SURUadlı ,
saçlarından dara bağlı !
neləmək iş belə gəlmiş ;
çor gələndə gülə gəlmiş
fələkin əyri kəmanında olan ox atılanda
düzə dəymiş
dilsizin bağrını dəlmiş ;
əyrı qalmış düzə dəymiş
onu xuşlar bu fələk: el sarasın sellər aparsın
bülbül həsrət çəkərək
gül səmərin yellər aparsın
qeysi çöllərdə qoyub leylini məhmilər aparsın
xosrovi şirinilə əl-ələ versin ,
fərhadın qaamətın əysın
baxaraq çərx zaman nəşəyə gəlsin
kefə dolsun ,
surular solsada solsun
biri baş yolsada yolsun
daş atan kül başı qoymuş
daşını özgəyə atmaz
sən yetişsən hədfə
onda fələk məqsədə çatmaz ,
daha əfsanə yaratmaz
SURU ey başı bəlaalı
zamanın qanlı qəzalı
SURU bir qüşdi xəzan ayrı salıbdur yuvasından
əl ozubdur atasından
cücə dir
heyf ola süd görməyib əsla anasından
o züleyxa kimi yusif ıyın almır libasından
buna qane’di tənəffüs edə bir yar havasından
dərd verən dərdə salıb amma xəbr yox davasından
ağlayub sıtqayaraq bəhrə aparmır duasınan
o bir aayinədi rəssam çəküb ostündə nə zəngar ,
onda yox qodrəti qoftar
özı çirkin
dili bımar ,
gənc vəqtində delazar
görəsən kim di xətakar
gürə sən kim di xətakar ?
asim ərdbilli
سورو(جهنم ده بیته ن گول)
فلکین قانلی الیندن بیر آتلمیش یئره اندی
بیر فلاکت آنانین جان شیره سیندن سوتون امدی
بوللی نیسگیل شله سین چینینه آلدی
تای توشوندان دالی قالدی
ساری گول مثلی سارالدی
گونو تک باغری قارالدی
درد الیندن زارا گلدی
گونو گوندن قارا گلدی
خان چوبانسیز
سئله تاپشیرسین اوزون
یوردوموزا بیر سارا گلدی
بیر وفاسیز یار الیندن
یارا گلمز سانا گلدی
بیر یازیق قیز جان الیندن
جانا گلمز جانا گلدی
کئچه جکده الموت دامنه سیندن
بورایا درمانا گلدی
بیر آدامسیز سوری آدلی،
الی باغلی،
دیلی باغلی
سوری کیمدور؟
بیر گولدی جهنمده بیتیبدور
سوری بیر دامجیدی گوزدن آخاراغ اوزده ایتیبدور
سوری یول یولچیسیدور
اَیریده یوخ
دوزده ایتیبدور
سوری بیر مرثیه دور
اوخشایاراق سوزده ایتیبدور
او کونول لرده کی ایتمیشدی ازلدن
اودو گوزدنده ایتیبدور
سوری بیر گوزلری باغلی،اوزو داغلی،سوزو داغلی،
اولوب هاردان هارا باغلی!
بوشلاییب دوغما دیارین
اوموب البته یاریندان
ال اوزوب هر نه واریندان
قورخماییب شهریمیزین قیشدا آمانسیز بورانیندان
نه قاریندان
گزیر آواره تا پا یاندیریجی دردینه چاره
تاپا بیلمیر
چوخ سویر عشقی باشیندان آتا،آما آتا بیلمیر
اُوا باخ اُوچی دالینجا قاچیر آما چاتا بیلمیر
ایش دونوب لیلی دوشوب چوللره مجنون سوراغیندا
شیرین الده تئشه،داغ پارچالییر
فرهاد اوتورموش اوتاغیندا
تشنه لب قوو
نئجه گور جان وری دریا قیراغیندا
گوزده حسرت یئرینی خوشلایوب ایبهام دوداغیندا
وارلیغین سون اثری آز قالیر ایتسین یاناغیندا
سانکی بیر کوزدی بورونموش کوله وارلیق اوجاغیندا
کوزریر پیلته کیمین
یاغ توکه نیب دور چراغیندا
بوی آتیر رنج باغیندا
قوجالیر گنج چاغیندا
بیر آدامسیز سوری آدلی
الی باغلی
دیلی باغلی
سوری جان اومما فلکدن
،فلکین یوخدی وفاسی
نقدر یوخدی وفاسی
او قدر چوخدی جفاسی
کهنه رقاصه کیمی هر کسه بیر جوردی اداسی
او ایاقدان دوشه نی ایستیر،ایاقدان سالان اولسون
او تالانمیشلاری ایستیر گونی گوندن تالان اولسون
او آتیلمیشلاری ایستیر هامودان چوخ آتان اولسون
او ساتیلمیشلاری ایستیر قول ائدر کن ساتان اولسون
نئله مک
قورقو بوجوردور
فلکین نظمی ازلدن اولوب اضدادینه باغلی
قاراسیز آغلار اولانماز
دره سیز داغلار اولانماز
اولوسیز ساغلار اولانماز
گرک هر بیر گوزله بیر دانا چیرکینده یارانلسین
بیری انسین یره گویدن
بیری عرشه اوجالانسین
بیری چالسین ال ایاق غم دنیزینده،
بیری ساحلده سئوینجیله دایانسین
بیری ذلت پالازین باشه چکیب یاتسادا آنجاق،
بیرینین بختی اویانسین
بیری قویلانسادا نعمتلره یئرسیز،
بیری ده قانه بویانسین
آی آدامسیز سوری آدلی،
ساچلاریندان دارا باغلی!
نئله مک ائیش بئله گلمیش؛
چور گلنده گوله گلمیش
فلکین ایری کمانینده اولان اوخ آتیلاندا
دوزه دگمیش
دیلسیزین باغرینی دَلمیش؛
ایری قالمیش دوزو ایمیش
اونو خوشلار بو فلک:ائل ساراسین سئللر آپارسین
بولبول حسرت چکه رک
گول ثمرین یئللر آپارسین
قیسی چوللر ده قویوب لیلینی محمیلر آپارسین
خسروئی شیرینیله ال اله وئرسین،
فرهادین قامتین اگسین
باخاراق چرخ زامان نشئیه گلسین
کئفه دولسون،
سوری لار سولسادا سولسون
بیری باش یولسادا یولسون
داش آتان کول باشی قویموش
داشینی اوزگیه آتماز
سن یئتیشسن هدفه
اوندا فلک مقصده چاتماز،
داها افسانه یاراتماز
سوری ای باشی بلالی
زامانین قانلی غزالی
سوری بیر قوشدی خزان آیری سالیبدور یوواسیندان
ال اوزوبدور آتاسیندان
جوجه دیر
حیف اولا سود گورمییب اصلا آناسیندان
او زلیخا کیمی یوسیف اییین آلمیر لیباسیندان
بونا قانع دی تنفس ائده بیر یار هاواسیندان
درد وئرن درده سالوب آمما خبر یوخ داواسیندان
آغلایوب سیتقایاراق بهره آپارمیر دوعاسینان
او بیر آئینه دی رسام چکوب اوستونه زنگار،
اوندا یوخ قدرت گفتار
اوزی چیرکین
دیلی بیمار،
گنج وقتینده دل آزار
گوره سن کیم دی خطا کار
گوره سن کیم دی خطا کار؟
عاصم اردبیللی
No comments:
Post a Comment