hara qaçsın insan ?
cana gəlmişik biz bu canan əlindən
ki nə ins əman tapdı nə can əlindən
müsəlmanə bax din ıman qan ağlır
bu dinsiz ımansız müsəlman əlindən
bu şeytandı biz adəmi göydə tovlar
qaça bilməz adam bu şeytan əlindən
alar əvvl ımanı sondanda canı
nə ıman qalar dibdə nə can əlindən
qarışqa kimi dev nəjadı qımıldır
ki xaatəm çıxıbdir söleyman əlindən
badımcan çüxi bazılarda küçüklər
da tərpəşmək olmaz badımcan əlindən
xoruz tək bizi dənləyib qurtayəbdir
çinə qalmayıb nuçıkdan əlindən
pənah olsa biz xaqə kafər qoy olsun
sixinti düşək küfrə iman əlindən
gedib çöldəki heyvana yalvardıq
ki gəlsin bizi alsın insan əlindən
elə turşadıb İRANın eyranın ki
gözəllər gözi yaşdı IRAN əlindən
salıbdir ələ sankı MUSA əsasın
qaçır əjdəhalər bu səban əlindən
nə səltanlar oluş əlində oıncaq
nə gəlsin oyuncaqlı sultan əlindən
beş üç baş bilən qalırsa oşaq tək
qaçıb gizlənib lər bu xortan əlindən
evim zindanım məmurum öz içimdə
Hara qaçsın insan bu zindan əlindən
Bız insan olaq ya ki heyvan əman yox
nə insan qutarmış nə heyvan əlindən
nə devlər ki qeytanla zəncirləniblər
qənf lər qirilmiş bu qeytan əlindən
salıb xəlqi dərman adılən nə dərdə
kə dərd ağlayır belə dərman əlindən
o bəyxan yazıqlar nə insanımışlar
əbəs ağılayır bilə dərman əlindən
verdik qədim divana ərzə indi
kimə ərzə vermək bu divan əlindən ?
nə tufan ras gəlmişik məgər NUH
gələ qurtara xalqi tufan əlindən
ata şəhryar
هارا قاچسین انسان؟
جانا گلمیشیک بیز بو جانان الیندن
که نه انس امان تاپدی نه جان الیندن
مسلمانه باخ دین ایمان قان آغلیر
بو دین سیز ایمان سیز مسلمان الیندن
بو شیطاندی بیز آدمی گویده تولار
قاچا بیلمز آدم بو شیطان الیندن
آلار اول ایمانی سوندندا جانی
نه ایمان قالار دیبده نه جان الیندن
قاریشقا کیمی دئو نژادی قیمیلدیر
که خاتم چیخیب دیر سلیمان الیندن
بادمجان چوخی بازیلاردا کوچوکلر
دا ترپشمک اولماز بادیمجان الیندن
خو روز تک بیزی دنله ییب قورتا یبدیر
چینه قالماییب نو چیکدان الیندن
پناه اولسا بیز خاقه کافر قوی اولسون
سیخینتی دو شه ک کفره ایمان الیندن
گئدیب چٶلده کی حیوانا یالواردیق
که گلسین بیزی آلسین انسان الیندن
ائله تورشادیب ایرانین عیرانین که
گٶزللر گٶزی یاشدی ایران الیندن
سالیب دیر اله سانکی موسا عصاسین
قاچیر اژدها لر بو ثعبان الیندن
نه سلطانلار اولوش الینده اوینجاق
نه گلسین اویونجاقلی سلطان الیندن
بئش اوچ باش بیله ن قالیر سا اوشاق تک
قاچیب گیزله نیب لر بوخورتان الیندن
ائویم زندانیم مٲموریم ٲوز ایچیمده
هاراقاچسین انسان بو زندان الیندن
بیزانسان اولاق یا که حیوان امان یوق
نه انسان قوتارمیش نه حیوان الیندن
نه دئولر که قیطانلا زنجیر له نیب لر
قنف لر قیریلمیش بو قیطان الیندن
سالیب خلقی درمان آدیلن نه درده
که درد آغلاییر بیله درمان الیندن
او بیگ خان یازیقلار نه انسانیمیشلار
عبث آغیلاییر بیله درمان الیندن
وئردیک قدیم دیوانا عرضه ایندی
کیمه عرضه وئرمک بو دیوان الیندن؟
نه طوفان راست گلمیشیک بیز مگر نوح
گله قورتارا خلقی طوفان الیندن
آتا شهریار
No comments:
Post a Comment