zaman səsi
sübh oldı hər tərəfdən ocaldı əzan səsi
guya gəlir məlaekələərdən quran səsi
bir səs tapanmıram ona bənzər , qoyün deyim:
bənzər buna əgr eşidilsəydi can səsi
sankı oşaqlıqım kimi nənimdə yatmışam
lay lay deyir mənə anamın mehriban səsi
sankı səfərdəyəm oyadırlar ki dür çatax
zəng şotor çalır , keçərək karvan səsi
sankı çoban yayıb qüzüni dağda ney çalır
röya doğur qüzi qolağında çoban səsi
cismim qocalsada hələ eşqim qocalmayıb
cingildəyiـr hələ qolağımda cavan səsi
sankı zəman güləşədi məni güpsədi yerə
şerim yazım olub yıxılan pəhluan səsi
axır zamandı bir qolaq as ərşi titrədir
məltlərin harayı , mədədi , əlaman səsi
insan xəzanıdir tökülür can xəzəl kimi
saz tək xəzəl yağanda sızıldar xəzan səsi
qırx ildi dostağam qala bilməz o yağlı səs
yağsizsada qəbül elə məndən yəavan səsi
məndə səsim ucalsa gərəkdir , yaman deyim
millət acıxlıdi ocalıbdı yaman səsi
doldür nəvarə qoy qala, bir gün , bu körpə lər
alqışlasınla zövqilə bizdən qalan səsi
miqnatıs olsa səsdə çəkər , inqilabda bax
azadlıq aldı sərdarımın qəhrman səsi
insan qocalmış olsa , qulaxlar ağırlaşar
sankı yazıq qolaxda , gürüldür zəman səsi
bax bir dərin sukutə səhər , hansı bir nəvar
zəbt eyliyə bilər belə bir cavdan səsi
sancır məni bu fışqa çalanlarda " şəhryar "
mən niləyim ki fışqaya bənzər ilan səsi
زمان سسی
صبح اولدی هر طرفدن اوجالدی اذان سسی!
گـــویا گلیــــر ملائـکه لــــردن قــــرآن سسی!!!
بیر سس تاپانمیـــرام اونا بنزه ر، قویون دئییم:
بنزه ر بونا اگـر ائشیدیلسیدی جـــان سسی !!!
سانکی اوشاقلیقیم کیمی ننیمده یاتمیشام …!
لای لای دئییر منه آنامیـــن مهربـــان سسی !
سـانکی سفرده یم اویادیــرلار کی دور چاتاخ!
زنگ شتر چالیر ، کئچه رک کـــاروان سسی!!!
سانکی چوبان یاییب قوزونی داغدا نی چالیر !
رؤیا دوغـــور قوزی قولاغیندا چوبـــان سسی !!!
جسمیم قوجالسادا هله عشقیم قوجالمیوب
جینگیلده ییـر هله قولاغیمدا جـــوان سسی !
سانکی زمان گوله شدی منی گوپسدی یئره
شعریم یازیم اولوب ییخیلان پهلـــوان سسی !!!
آخیر زماندی بیر قولاق آس عرشی تیتره دیـر …
ملت لرین هــارای ، مددی ، الامـــان سسی !!!
انسان خـزانی دیر تؤکولور جـان خزه ل کیمی
سازتک خزه ل یاغاندا سیزیلدار خزان سسی !!!
قیرخ ایلدی دوستاغام قالا بیلمز او یاغلی سس …
یاغ سیز سادا قبـول ائله مندن یــاوان سسی !
من ده سسیم اوجالسا گرک دیر ،یامان دئییم …
ملت آجیخلی دی اوجـــالیبدی یامـان سسی !!!
دولدور نواره قوی قالا ، بیــر گون ، بـو کؤرپه لر
آلقیشلاسینلا ذوق ایله بیزده ن قالان سسی !
مقناطیس اولسـا سسده چکر ، انقلابــــدا باخ !
آزادلیـق آلــدی سرداریمیــن قهرمــان سسی !
انسان قوجالمیش اولسا ،قولاخلار آغیرلاشار
سانکی یازیق قولاخدا ،گورولدور زمان سسی !
با خ بیر درین سکوته سحر ، هانسی بیر نــوار
ضبــط ایلیـه بیلـــر بئله بیــر جــــاودان سسی ؟
سانجیــر منی بو فیشقا چالانلاردا ” شهریـــار ” !!!
من نیله ییم کی فیشقـایا بنزه ر ایلان سسی
No comments:
Post a Comment