2010/09/26

Ağlamaآغلاما


Ağlama

Bilməzdin əzablar çəkəcəksən sən,
Bilməzdin dirilib öləcəksən sən.
Ağlamaqdan Vallah tükənəcəysən,
Ağlama ürəyim ağlama daha.

Qoyma düşmənlərin baxıb gülsünlər,
Qoyma dərt sərini onlar bilsinlər.
İzin ver göz yaşın dostlar silsinlər,
Ağlama ürəyim ağlama daha.

Sən layiq deyilsən bu göz yaşına,
Sevdiyin daş saldı sənin başına.
Ağlamaq yaraşmır sənin yaşına,
Ağlama ürəyim ağlama daha.

Həyatdan ağrılar çox görmüsən sən,
Bilirəm o şəxsi çox sevmisən sən.
Onun yoxluğunda yaş tökmüsən sən,
Ağlama ürəyim ağlama daha.

Yoxsa peşmansanmı sən sevdiyinə,
Təkcə özün inan öz bildiyinə.
Ağlamaqdan qurtar get sevdiyinə,
Ağlama ürəyim ağlama daha.

Satlar tez ötdü dəyqələr bitdi,
Bu da bir taledi tez gəldi keçdi.
Göz yaşı faydasız ağlamaq gecdir,
Ağlama ürəyim ağlama daha.
NÜSRƏT KƏSƏMƏNLİ

آغلاما

بیلمزدین عذاب ‌لار چکه‌جکسن سن،
بیلمزدین دیریلیب اؤله‌جکسن سن.
آغلاماق‌دان واللاه توکنجیسن،
آغلاما اورییم آغلاما داها.

قویما دوشمن‌لرین باخیب گولسون‌لر،
قویما درت سرینی اونلار بیلسین‌لر.
ایزین وئر گؤز یاشین دوست‌لار سیلسین‌لر،
آغلاما اورییم آغلاما داها.

سن لاییق دئییلسن بو گؤز یاشینا،
سئودیگین داش سالدی سنین باشینا.
آغلاماق یاراشمیر سنین یاشینا،
آغلاما اورییم آغلاما داها.

حیات‌دان آغری‌لار چوخ گؤرموسن سن،
بیلیرم او شخصی چوخ سئومیسن سن.
اونون یوخلوغوندا یاش تؤکموسن سن،
آغلاما اورییم آغلاما داها.

یوخسا پئشمانسانمی سن سئودیگینه،
تکجه اؤزون اینان اؤز بیلدیگینه.
آغلاماق‌دان قورتار گئت سئودیگینه،
آغلاما اورییم آغلاما داها.

سات‌لار تئز اؤتدو دیقه‌لر بیتدی،
بو دا بیر تالئدی تئز گلدی کئچدی.
گؤز یاشی فایدا‌سیز آغلاماق گئج‌دیر،
آغلاما اورییم آغلاما داها.
نوسرت کسمن‌لی

No comments:

Post a Comment