2011/02/22

gecə keçmiş yarıdanگئجه كئچميش ياريدان

gecə keçmiş yarıdan
gecə keçmiş yarıdan ,  gözüm yolda yollarda
bu qaranlıq gecədə gedən var nə gələn
hava dürqün  ,  yel əsməz  ,  pərdələri oynadan  ;
o qələmkar pərdəyi٬ çapqın xıal sən mi sən?
gecə keçmiş yarıdan çırağımın şövləsi
ala qaranlıqlarda bir olduz tək sönmədə
görmə dim uzaqdan sönük  ,  sarı bir ulduz
taleim olduzu ufuqlara yenmə də …
səhər uzaq  ,  yol uzaq  ,  tilisimli arzular  ,
zülmətlərin içində tozlu qalmış ,  boş qalmış
karvan keçməz o yoldan  ,  aydınlatmaz ay onu  ,
bir gecə dir ki  ,  ona ayrılıq kölgə salmış  .

sahir yalnız deyilsən  ,  mavı göyün altında  ,
gecə ləri yatmayan və yollara göz tikən  ,
bir çoxları sənin tək ıtıp getdi bu yolda  ,
sönöb keçn kölgə tək ,  sahır! sən٬ tək deyilsn
başa çatmış bu gecə  ,  xürüz səsi ucalır  ,
yolu duman bürümüş  ,  nə gedən var nə gələn  .
hava dürqün  ,  yel əsməz٬ pərdələri oynadan  ,
bu ayrılıq çağında  ,  ey naznın sən mi sən  ?

«  həbib sahır »
گئجه كئچميش ياريدان

گئجه كئچميش ياريدان، گؤزوم يولدا ..يوللاردا
بو قارانليق گئجه ده نه گئدن وار نه گلن ،
هاوا دورقون ، يئل اسمز ، پرده لري اوينادان ؛
او قلمكار پرده يي٬ چاپقين خيال سن مي سن ؟

گئجه كئچميش ياريدان چيراغيمين شؤعله سي ،
آلا قارانليقلاردا بير اولدوز تك سؤنمه ده ،
گؤرمه ديم اوزاقدان سؤنوك ، ساري بير اولدوز ،‌
طالئعيم اولدوزو اوفوقلره يئنمه ده …

سحر اوزاق ، يول اوزاق ، طيليسيملي آرزولار ،
ظولمتلرين ايچينده توزلو قالميش، بوش قالميش
كاروان كئچمز او يولدان ، آيدينلاتماز آي اونو ،
بير گئجه دير كي ، اونا آيريليق كؤلگه سالميش .

ساحيره يالنيز دئييلسن ، ماوي گؤيون آلتيندا ،
گئجه لري ياتمايان و يوللارا گؤز تيكن ،
بير چوخلاري سنين تك ايتيپ گئتدي بو يولدا ،
سؤنؤب كئچن كؤلگه تك، ساحيرسن٬ تك دئييلسن

باشا چاتميش بو گئجه ، خوروز سسي اوجالير ،
يولو دومان بوروموش ، نه گئدن وار نه گلن .
هاوا دورقون ، يئل اسمز٬ پرده لري اوينادان ،
بو آيريليق چاغيندا ، ائى نازنين سن مي سن ؟

« حبيب ساحير »

No comments:

Post a Comment