2011/02/22

gənc yazıçı گنج یازیچی

gənc yazıçı şəhid fridun ibrahımı
ıl dönümün tutan yüxdü
yoxdur səni yada salan
qəbrin üstə göy ot bitdi
ey namurad yazıq cavan
asıldığın gündən bəri
matmlıdır göy gulustan

dulaşarkən şumal yeli
yurdun qızıl bayrağında
ellər ilə od yandırdın
babkılər ocağında .
lakın əfsus son ışıq tək
söndün həyat çırağında

nə ellərin məktəbində
kitabını açan oldu ,
nə yazdığın qızıl yazı
rəvac tapıb ,  dəstan oldu
lakın sanma bu əsirdə
hər şey bitib nısyan oldu

günün yeddi rəngi ərır
QIZIL ÜZƏN sularında
sənin ızın ,  kölgən qalmış
astaranın baharında .
faşızm hələ höküm sürür
qızıl odlar diyarında
məktəblərdə ana dilin
oxutduran osta yüxdü .
ordu  -  ordu uymaqlarda
əsır çüxdür ,  azad yüxdü
keçib çıraq ,  sönüb ocaq
xaraba çox ,  abad yüxdü
qaranlıqdır  ,  tıkanlıqdır
həramılər püsqü qürüb
" BAĞ MEŞƏ "  nin bağlarını
tüz basıbdır afət vurub
azadlıqın gəmisində
kaftar dürüb şeytan dürüb

dalğalanır fəzamızda
zındanların ınıltısı
eşidilir səhər axşam
radıyodan düşmən səsi
bir çox hərzə ot güyərib
qanad gərib yol ıblısı
getdim baba diyarına
gördüm bayquş fikrə dalıb
qəbrin üstə axşam çağı
payız günü ,  şəfq salıb
səndən yoldaş xatirə lər
dərin sizi canda qalıb
əzrayılə qilinc çəkim
yenə bir gün öləcəyəm
çıraq kimi ya bir axşam
ya bir səhər sönə cəyəm
bilirə m ki yer altında
tüz turpağa dönə cəyəm

bunla belə əminəm ki  ,
nür zülməti boğacaqdır
ən nəhayt ofuqlərdən
qızıl günş doğacaqdır
daş nə qədə r bərk olsa da
ıstı süyüq oğacaqdır

həbib sahir
گنج یازیچی شهید فریدون ابراهیمی

ایل دؤنومون توتان یوخدو
یوخدور سنی یادا سالان
قبرین اوسته گؤی اوت بیتدی
ای ناموراد یازیق جاوان
آسیلدیغین گوندن بری
ماتملیدیر گؤی گولوستان
دولاشارکن شومال یئلی
یوردون قیزیل بایراغیندا
ائللر ایله اود یاندیردین
بابکیلر اوجاغیندا.لاکین افسوس سون ایشیق تک
سؤندون حیات چیراغیندا...
نه ائللرین مکتبینده
کیتابینی آچان اولدو،
نه یازدیغین قیزیل یازی
رواج تاپیب، دستان اولدو
لاکین سانما بو عصیرده
هر شئی بیتیب نيسیان اولدو

گونون یئددی رنگی اریر
قیزیل اٶزه ن سولاریندا
سنین ایزین، کؤلگه ن قالمیش
آستارا`نین باهاریندا.فاشیزم هله حؤکوم سورور
قیزیل اودلار دیاریندا...
مکتبلرده آنا دیلین
اوخوتدوران اوستا یوخدو.اوردو – اوردو اویماقلاردا
اسیر چوخدور، آزاد یوخدو
کئچیب چیراق، سؤنوب اوجاق
خارابا چوخ، آباد یوخدو...


قارانلیقدیر ، تیکانلیقدیر
حرامی له ر پوسقو قوروب
"باغ مئشه" نین باغلارینی
توز باسیبدیر آفت ووروب
آزادلیقین گمیسینده
کافتار دوروب شئیطان دوروب

دالغالانیر فضامیزدا
زیندانلارین اینیلتیسی
ائشیدیلیر سحر آخشام
رادیودان دوشمن سسی
بیر چوخ هرزه اوت گویه ریب
قاناد گریب یول ایبلیسی

گئتدیم بابا دیارینا
گؤردوم بایقوش فیکره دالیب
قبرین اوسته آخشام چاغی
پاییز گونو، شفق سالیب
سندن یولداش خاطیره لر
درین سیزی جاندا قالیب

عزراییله قیلینج چکیم
یئنه بیر گون اؤله جه يه م
چیراق کیمی یا بیر آخشام
یا بیر سحر سؤنه جه يه م
بیلیره م کی یئر آلتیندا
توز تورپاغا دؤنه جه يه م


بونلا بئله امینم کی ،
نور ظولمتی بوغاجاقدیر
ان نهایت اوفوقلردن
قیزیل گونش دوغاجاقدیر
داش نه قده ر برک اولسا دا
ایستی سویوق اوغاجاقدیر

حبیب ساهير

No comments:

Post a Comment