2011/02/22

YURD MAHNISIيورد ماهنيسي

YURD MAHNISI
Bir yerdə savaş qopsa da,
Bir yerdə barışdı.
Bax ASTARADA güllü bahar,
XOYDA da qışdı.
Əlvandı sarı dağlarımız
Sanki naxışdı.
Başdan-başa AZƏRBAYCAN
Baği-canandı.
Mavi XƏZƏRİN pərdəsi
Min rəng çalandı.
El ordusudur, qalası
Qarlı SAVALANDI.
Yurdumda axar çaylar,
Üzüm bağları vardır.
Qışlaqları var,
Ətirli yaylaqları vardır
Ulduzlu gecə,
Güllü səhər çağları vardır.
TƏBRİZİ gülşən.
Getsən bilirəm,ƏRDƏBİLƏ
Bir səhər erkən
Hər yerdə elin
Nəqşü nigarın görəcəksən.
Aldanma şirin söz desə xan,
Yoxdu vəfası.
Xan, bir əzəli düşmənimizdir,
Bizə asi.
Damdan düşüb artıq
O hərifin yerə tası!
Dur yer keşigində, igidim!
Bax, oyanıq ol!
Xan südlü inək istəyir,
Ərbabı da petrol.
Vermə, bu hərif keflidi,ha!
Öz evinə yol.
Mən söyləmərəm həsrətə qatlan,
Sitəmə döz.
Bir çox analar yollara
İllərlə tikib göz.
Xan versə də azadlıq
İnanma! Nə yalan söz!
Gəl keçmə vətəndən,
Yada bel bağlama, qardaş!
Dövran belə getməz, qalmaz
Daş üzərə daş!
Şimşək kimi çax!
Sel kimi ax!
Çalxalanıb daş!
يورد ماهنيسي
بير يئرده ساواش قوپسا دا،
بير يئرده باریشدی.
باخ آستارادا گوللو باهار،
خويدا دا قیشدی.
الواندی ساری داغلاریمیز
سانکي ناخیشدی.
باشدان-باشا آذربايجان
باغي-جاناندی.
ماوي خزرین پرده سي
مين رنگ چالاندی.
ائل اوردوسودور، قالاسی
قارلی ساوالاندي.
يوردومدا آخار چايلار،
اوزوم باغلاری واردیر.
قیشلاقلاری وار،
عطيرلي يايلاقلاری واردیر
اولدوزلو گئجه،
گوللو سحر چاغلاری واردیر.
تبریزی گولشن.
گئتسن بيليرم،اردبیله
بير سحر ائرکن
هر يئرده ائلين
نقشو نيگارین گؤره جکسن.
آلدانما ºيرين سؤز دئسه خان،
يوخدو وفاسی.
خان، بير ازه لي دوشمه نيميزدير،
بيزه عاصي.
دامدان دوشوب آرتیق
او هريفين يئره تاسی!
دور يئر کئشيگينده، ايگيديم!
باخ، اويانیق اول!
خان سودلو اينک ايسته يير،
اربابی دا پئترول.
وئرمه، بو هريف کئفليدي،ها!
اؤز ائوينه يول.
من سؤيله مرم حسرته قاتلان،
سيتمه دؤز.
بير چوخ آنالار يوللارا
یللرله تيکيب گؤز.
خان وئرسه ده آزادلیق
ینانما! نه يالان سؤز!
گل کئچمه وطندن،
يادا بئل باغلاما، قارداش!
دؤوران بئله گئتمز، قالماز
داش اوزره داش!
شيمشک کيمي چاخ!
سئل کيمي آخ!
چالخالانیب داش!



No comments:

Post a Comment