2011/02/22

Məndən salam deyin gözəl Təbrizəمندن سالام دئيين گؤزه ل تبريزه!

Məndən salam deyin gözəl Təbrizə

Şəfəqlərdə uçan axşam quşları Məndən salam deyin gözəl Təbriz'ə Qatar ilə gedən vətənə sarı Arxadaşlar, bir baş vurun da bizə

Açın mənim taxta sınıq qapımı Görün əziz anam yoldan gəldi mi Uşaqlarım görün unutmuş qəmi Yoxsa ölüm aclıq verib diz dizə

Biraxmayın evim nəmdən çürüsün Qoyun səba tozlarını süpürsün Qızıl gülün nuru onu bürüsün Toxunmayın bənövşəyə, nərgisə
Duman çöküb ufuqları qaraltdı Mənə qurbət bir cəhənnəm yaratdı Xəzan yeli baxçamızı saraltdı Daha nələr deyim dostlar mən sizə
Həbib sahir
١٩٨٥-١٩٠٣

مندن سالام دئيين گؤزه ل تبريزه!

شفقلرده اوچان آخشام قوشلارى
مندن سالام دئيين گؤزه ل تبريزه!
قاتار ايله گئده ن وطنه سارى
آرخاداشلار٬ بير باش وورون دا بيزه!

آچين منيم تاختا سينيق قاپيمى
گؤرون عزيز آنام يولدان گلدىمى؟
اوشاقلاريم گؤرون٬ اونوتموش غمى
يوخسا اؤلوم٬ آجليق وئريب ديز ديزه؟

بيراخمايين ائويم نمدن چوروسون
قويون صبا توزلارينى سوپورسون
قيزيل گولون نورو اونو بوروسون
توخونمايين بنؤوشه يه٬ نرگيزه,

دومان چؤكوب اوفوقلارى قارالتدى
منه غوربت بير جهننم ياراتدى
خزان يئلى باغچاميزى سارالتدى
داها نه لر دئييم٬ دوستلار من سيزه؟…..
حبيب ساهير
١٩٨٥-١٩٠٣

No comments:

Post a Comment