2010/09/15

Bəlalı başبلالی باش

Bəlalı baş

Yar günümü, göy əsgiyə, tutdu ki dur məni boşa!
Cütçü görübsən öküzə, öküz qoyub bizov qoşa?!

Sən əllini geçib yaşın, mən bir otuz yaşında qız,
Söylə görüm otuz yaşın nə nisbəti əlli yaşa?!

Sən yerə qoydun başıvı, mən başıma nə daş salım?!
Bəlkə mən artıq yaşadım, neyləməli? Dedim: yaşa!

Biz də bəlalı baş nöçün(nə için), yanına süpürgə bağlasın?
Börkü başa qoyan gərək, börkünə də bir yaraşa!

Bir də kəbin kəsilməmiş sən mənə bir söz demədin,
Yoxsa cəhazımda gərək gələydi bir hoqqa maşa!

Dedim qəza gəlib tapıb, bir iş idi olub geçib
Qurbanam ol ala gözə, heyranam o qələm qaşa!

Mən ki özümdə bir günah görmüyürəm, çarə nədir?
Pis bəşərin qaydasıdır, yaxşını tapsa dolaşa!

Dosta mürüvvət etməli, düşmən ilə geçinməli,
İş belə dir, rəva dəyil, bəşər yolun azıb çaşa!

Mən də sənin dayoğlunam, sən də mənim bibimqızı
Könül baxırsa günəşə, göz də gərəkdir qamaşa

İndi bizim maral kimi, üç balamız var dır gərək,
Ata-ana savaşsa da, bunlara xatir barışa

Hər kişiyə əyalı də, öz canı tək hörüklənib
Hədiyə də olmaz eyləsin əyalı qardaş, qardaşa!

Bu dünya bir yol kimi dir, biz axirət musafiri,
Kicavədə, hamaş gərək öz hamaşi ilə yanaşa

Axirəti olanların dünyası ğəmsiz olmuyub**
Sel dir gələr axar geçər, amma gərək aşıb daşa

Məsəl dir yer ki bərk olur, öküz öküzdən inciyir
Hey dartılılır ipin qıra, yoldaşı ilə bir savaşa!

Bizim də rüzigarımız yaman dır, biz də eyb yox,
Bəlkə vəzifə dir bəşər gonşuları ilə qonuşa

Həqq-i həyat yox daha bizlərə, çox böyük başı,
Zindanımız da həqqimiz, bir baca tapsaq tamaşa!

Amma onun şəmatəti, allaha xoş gəlmiyubən,
Getdi manim həyatımı vurdu daşa, çıxdı başa...

(ata Şəhriyar)


بلالی باش شهریار
یار گونومی گؤی اسگییه توتدو کی دور منی بوشا
جوتچو گؤروبسه ن اؤکوزه اؤکوز قویوب بیزوو قوشا ؟
سن اللینی کئچیب یاشین ، من بیر اوتوز یاشیندا قیز
سؤیله گؤروم اوتوز یاشین نه نیسبتی اللی یاشا ؟
سن یئره قویدون باشیوی من باشیما نه داش سالیم ؟
بلکه من آرتیق یاشادیم نئیله مه لی ؟ دئدیم یاشا
بیرده بلالی باش نچون یانینا سوپورگه باغلاسین؟
بؤرکو باشا قویان گرک بؤرکونه ده بیر یاراشا
بیرده کبین کسیلمه میش سن منه بیر سؤز دئمه دین
یوخسا جهازیمدا گرک گلئیدی بیر حوققا ماشا
دئدیم : قضا گلیب تاپیب ، بیر ایشیدی اولوب کئچیب
قوربانام اول آلا گؤزه ، حئیرانان اول قلم قاشا
منکی اؤزومده بیر گوناه گؤرمه ییرم ، چاره ندیر ؟
پیس بشرین قایداسی دیر ، یاخشی نی گؤرسه دولاشا
دوستا مروت ائتمه لی دوشمه نیله کئچینمه لی
قایدا بودیر ، حئیف دئگیل بشر یولون آشیب چاشا ؟
من ده سنین دای اوغلونام سن ده منیم بی بیم قیزی
گؤنول باخیرسا گونه شه ، گؤزده گرک بیر قاماشا
ایندی بیزیم مارال کیمی ، اوچ بالامیز واردی ، گرک
آتا – آنا ساواشسادا ، بونلارا خاطیر باریشا
هر کیشی یه عیالی دا ، اؤز جانی تک هؤروکلنیب
هدیه ده اولماز ائله سین عیالی قارداش قارداشا
بو دونیا بیر یول کیمی دیر ، بیز آخرت مسافیری
کجاوه ده هاماش گرک اؤز هاماشینان یاناشا
آخیرتی اولانلارین ، دونیاسی غم سیز اولمویوب
سئل دی گله ر آخار کئچر ، آمما گرک آشیب – داشا
مثل دی : « یئر کی برک اولور ، اؤکوز اؤکوزدن اینجییور »
هی دارتیلیر ایپین قیرا ، یولداشیلا بیر ساواشا
بیزیم ده روزیگاریمیز یامان دی ، بیزده عیب یوخ
بلکه وظیفه دیر بشر قونشولاریلان قونوشا
حق حیات یوخ داها بیزلره ، چوخ بؤیوک باشی
زندانیمیزدا حققیمیز ، بیر باجا تاپساق ، تاماشا
آمما اونون شماتتی آللاها خوش گلمیوبن
گئتدی منیم حیاتیمی ووردی داشا چیخدی باشا
آتا شهریار

No comments:

Post a Comment