yumul, bənövşəm, yumul.
Dağlara gün düşübdür, Açıl, benövşəm, açıl...
Hava yaman sazaqdı,
Günəş səndən uzaqdı,
Bir ac quzu mələyib
Sənə boylandı, baxdı;
Yumul, bənövşəm, yumul.
Çəmənlərə iz düşür,
Bir deyil ki, yüz düşür
Niyə sənin payızın
Her çiçəkdən tez düşür;
Yumul, bənövşəm, yumul.
Göydə bulud görünür,
Bulud qara bürünür
O dağda bir duman var
Sənə tərəf sürünür;
Yumul, benövşem, yumul...
Qalarsan baxa-baxa,
Kağız gül səndən baba
Arı yaman çoxalîb
Gülü də sancır daba;
Yumul, bənövşəm, yumul.
Ömrün birce həf tədir,
ətrin min cür bəbdədir
İndi sevgili üçün
Beş qərənfil dəbdədir
Yumul, bənövşəm, yumul.
Yum gözünü, çən görmə
Vaxsız gələn qəm görmə
Dünya yaman qarışıb
Mən görəni sən görmə;
Yumul, benövşem, yumul!
Dağlara gün düşübdür, Açıl, benövşəm, açıl...
Hava yaman sazaqdı,
Günəş səndən uzaqdı,
Bir ac quzu mələyib
Sənə boylandı, baxdı;
Yumul, bənövşəm, yumul.
Çəmənlərə iz düşür,
Bir deyil ki, yüz düşür
Niyə sənin payızın
Her çiçəkdən tez düşür;
Yumul, bənövşəm, yumul.
Göydə bulud görünür,
Bulud qara bürünür
O dağda bir duman var
Sənə tərəf sürünür;
Yumul, benövşem, yumul...
Qalarsan baxa-baxa,
Kağız gül səndən baba
Arı yaman çoxalîb
Gülü də sancır daba;
Yumul, bənövşəm, yumul.
Ömrün birce həf tədir,
ətrin min cür bəbdədir
İndi sevgili üçün
Beş qərənfil dəbdədir
Yumul, bənövşəm, yumul.
Yum gözünü, çən görmə
Vaxsız gələn qəm görmə
Dünya yaman qarışıb
Mən görəni sən görmə;
Yumul, benövşem, yumul!
Nusret KESEMENLİ
یومول، بنؤوشم، یومول.
داغلارا گون دوشوبدور، آچیل، بئنؤوشئم، آچیل...
هاوا یامان سازاقدی،
گونش سندن اوزاقدی،
بیر آج قوزو ملهییب
سنه بویلاندی، باخدی؛
یومول، بنؤوشم، یومول.
چمنلره ایز دوشور،
بیر دئییل کی، یوز دوشور
نیه سنین پاییزین
هئر چیچکدن تئز دوشور؛
یومول، بنؤوشم، یومول.
گؤیده بولود گؤرونور،
بولود قارا بورونور
او داغدا بیر دومان وار
سنه طرف سورونور؛
یومول، بئنؤوشئم، یومول...
قالارسان باخا-باخا،
کاغیز گول سندن بابا
آری یامان چوخالîب
گولو ده سانجیر دابا؛
یومول، بنؤوشم، یومول.
اؤمرون بیرجئ هف تدیر،
اترین مین جور ببدهدیر
ایندی سئوگیلی اوچون
بئش قرهنفیل دبدهدیر
یومول، بنؤوشم، یومول.
یوم گؤزونو، چن گؤرمه
واخسیز گلن قم گؤرمه
دونیا یامان قاریشیب
من گؤرنی سن گؤرمه؛
یومول، بئنؤوشئم، یومول!
ن.کسمنلی
No comments:
Post a Comment