2010/09/17

SEVMƏK OLARMIŞ سن دئمه تزه‌دن سئومک اولارمیش

SƏN DEMƏ TƏZEDƏN SEVMƏK OLARMIŞ

Sən demə təzədən sevmək olarmış
Tale də təzədən gülə bilərmiş.
Küsüb gözü yaşlı gedən məhəbbət
Pəşiman-pəşiman donə bilərmiş

ürək bulud kimi boşalırsa da
Demək bulud kimi, təzədən dolur
Sonuncu söləsi titreyen şamdan
Ayri bir şami da yandırmaq olur

Sən demə təzədən sevmək olarmış
Kohnə yaraları vaxt, zaman silir
Kəsilən budaqla olən agaclar
Teze pohrelerle dirilə bilir

Ağlaya-ağlaya dünyaya gəlib,
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzətər gorməmişikmi?1

Sən demə təzədən sevmək olarmış
Sevgi fürsət deyil quş kimi uca
Nə də kölgədir ki, qaçasan qova
Ya da sən qovasan, o səndən qaça

çıxarsan qəlbindən otən sevginin,
Bir gün də tənhalıq sıxacaq səni
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına cıxacaq sənin

Ilk sevgi yuvadan duşən quşcıgaz,
Körpə qanadları pöhrələnmeyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə eliyle yere enmeyib...

Men ki, görməmişəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmış
Kim deyir, bir dəfə sevilir insan,
Sən demə hər zaman sevmək olarmış.
Nüsrət KəSəMəNLİ
سن دئمه تزه‌دن سئومک اولارمیش

سن دئمه تزه‌دن سئومک اولارمیش
تالئ ده تزه‌دن گوله بیلرمیش.
کوسوب گؤزو یاش‌لی گئدن مهببت
پشیمان-پشیمان دونه بیلرمیش

اورک بولود کیمی بوشالیرسا دا
دئمک بولود کیمی، تزه‌دن دولور
سونونجو سؤله‌سی تیترئیئن شام‌دان
آیری بیر شامی دا یان‌دیرماق اولور

سن دئمه تزه‌دن سئومک اولارمیش
کوهنه یارا‌لاری واخت، زامان سیلیر
کسیلن بوداقلا اولن آگاج‌لار
تئزئ پوهرئلئرلئ دیریله بیلیر

آغلایا-آغلایا دونیایا گلیب،
بیز آنا سودویله گولممیشیکمی؟!
هر آخشام ساپساری باتان گونشی
هر سهر تزه‌تر گورممیشیکمی؟1

سن دئمه تزه‌دن سئومک اولارمیش
سئوگی فورست دئییل قوش کیمی اوجا
نه ده کؤلگه‌دیر کی، قاچاسان قووا
یا دا سن قوواسان، او سن‌دن قاچا

چیخارسان قلبین‌دن اوتن سئوگی‌نین،
بیر گون ده تنها‌لیق سیخا‌جاق سنی
کیمه‌سه ائتدیگین یاخشی‌لیق کیمی
مهببت قارشینا جیخا‌جاق سنین

ایلک سئوگی یووا‌دان دوشن قوشجیگاز،
کؤرپه قانادلاری پؤهرلنمئییب.
مجنونون آهییلا اوچان مهببت
مین هیله ائلیلئ یئرئ ائنمئییب...

مئن کی، گؤرممیشم سئوگینی سوسان
مهببت زیروه‌ده بس‌لنن قارمیش
کیم دئییر، بیر دفعه سئویلیر اینسان،
سن دئمه هر زامان سئومک اولارمیش.
نوسرت کسمن‌لی


No comments:

Post a Comment