شاطر اوغلان
شاطر اوغلان گوروم آللاه سنه وئرسین برکت
قوی اونون یاخشی النسین ،خمیرین اللنسین
چوخ پیشیر یاخشی پیشیر گویده قیریلدات کوره یی
منبر اوسته چوره یین قوی قالانیب تللنسین
تندیرین طور تکین عرشیده ن آلسین ایشیغی
ارسینین بیرق احرار کیمی میللنسین
کاسیبین قیسمتی یوخ یاغلی پیلوو دوشله ماغا
بو یاوان سنگه یی بیرقوی ساحالیب سئللنسین
قیرتین قوربانی سن موشترینی تئز یولا سال
ائل ایچینده یاراماز آرواد اوشاغ وئللنسین
قوی ایکیریاللیغی ساتسین خوزه ئین بیر ماناتا
دیشی دوشموش قوجانین آغزی نه دیر دیللنسین
او منیم شعریمه چوخ ماییل اولان وردسته
دئنه: شاعیر چوره یی قوی قوروسون گوللنسین
من لیغیرسا یئیه بیلسم ده فلوس لازیم اولار
بو سوسوز باخچا نه لازیم بو قده ربئللنسین
ساری یازلیقدان اولان گوللی قیزارمیش سنگک
گره ک آغزوندا اریک تک ازیلیب هللنسین
تهرانين غيرتي يوخ شهريار ساخلاماغا
قاچمشام تربيزه تا ياخشي يامان بللنسين
باغچاميز فاسد اولوب ، هر نه ااكرسن اولماز
يئري داشليقدي گره ك توپراقي غربيللنسين
مدعاسي چوخ اولان طبل تهي پربادوخ
نيله يك ضرناچي نين بورنو گره ك يئلله نسين
بو گيجللنمه دن آي چرخ فلك سنده يورول
بو حياسيز گونه گوزلر نه قده ر زيللنسين
سعدي نين باغ گلستاني گره ك حشره قده ر
آلماسي سلله لنيب خرماسي زنبيللنسين
لعنت اول باد خزانه كي "نظامي " باغينين
بير ياوا گلبسرين قويمادي كاكللنسين
آرزو جلگه لرينده بيز اكن مزرعه لر
دئييه سن ساقه لنيب قوي هله سنبللنسين
قصه چوخ قافيه يوخ آختاريرام تاپميورام
يئريدير شهريارين طبعي ده تنبللنسين
آتا شهريار
Şatr oğlan
Şatr oğlan görum allah sənə versin bərəkət
Qoy unun yaxşi ələnsin , xəmirin əllənsin
Çox pişir yaxşi pişir göydə fırıldat kürəyi
Mənbər üstə çörəyin qoy qalanib təllənsin
Təndirin tuur təkin ərşidən alsin işiği
Ərsinin beyrəq-i əhrar kimi millənsin
Kasıbın qisməti yox yağli pilov döşləmağa
Bu yavan səngəyi bir qoy sahalib səllənsin
Qeyrətin qurbani sən müştərini tez yola sal
El içində yaramaz arvaduşax vellənsin
Qoy ikir yalliği satsin xozəyin bir manata
Dişi düşmüş qocanin ağzi nədir dillənsin
O mənim şe,rimə çox mayil olan vərdəstə
Denə , şa,ir çörəyi qoy qurusun güllənsin
Mən liğirsa yiyəbilsəmdə fulus lazm olar
Bu susuz baxca nə lazım bu qədər bellənsin
Sari yazlıxdan olan gülli qızarmış səngək
Gərəy ağzında ərik tək əzilib həllənsin
Tehranın qeyrıti yox şəhriyarı saxlamağa
Qaçmışam tırbizə ta yaxşı yaman billənsin
Baxcamız fasid olub hər nə əkirsən olmaz
Yeri daşlıxdı gərək torpağı qərbillənsin
Moddəası çox olan təbl-e tohi por badux
Neyliyək zırnaçinin burnu gərək yellənsin
Bu gicəllənmədən ay çərx-i fələk səndə yorul
Bu həyasız günə gözlər nə qədər zillənsin
Sə,dinin bag-i Golestanı gərək həşrə qədər
Alması səllələnıb xurması zənbillənsin
Lə,nət ol bad-i xəzanə ki nizami bağının
Bir yava gülbəsərin qoymadı kakillənsin
Aarezu cəlgələrində biz əkən məzrəələr
Diyəsən saqələnib qoy hələ sünbüllənsin
Qissə çox qafiyə yox axtarıram tapmiyuram
Yeridir şəhriyarın təb,idə tənbəllənsin
Ata şəhriyar
No comments:
Post a Comment