2010/09/17

sari gəlinساری گلین

sari gəlin
"...Səni mənə verməzlər"
Xalq mahnısı
Ümidimi qopardılar,
Günəşimi apardılar.
Ürəyinə baxan olsa
Məni orda tapardılar.
Sarı gəlin.
Yollarımı qar alıbdır.
Bir səbəbi var, alıbdır.
İlk məhəbbət məktublan
Saçın kimi saralıbdır,
Sarı gəlin.
Bir Şimşəyəm, çaxanmıram,
Bu həsrətdən çıxanmıram.
Qızılgüldən incimişəm.
Sarı gülə baxanmıram,
Sarı gəlin.
Nüsret KESEMENLİ
ساری گلین
"...سنی منه وئرمزلر"
خالق ماهنی‌سی
اومیدیمی قوپاردی‌لار،
گونشیمی آپاردی‌لار.
اوریینه باخان اولسا
منی اوردا تاپاردی‌لار.
ساری گلین.
یول‌لاریمی قار آلیب‌دیر.
بیر سببی وار، آلیب‌دیر.
ایلک مهببت مکتوبلان
ساچین کیمی سارالیب‌دیر،
ساری گلین.
بیر شیمشه‌یم، چاخانمیرام،
بو هسرت‌دن چیخانمیرام.
قیزیلگول‌دن اینجیمیشم.
ساری گوله باخانمیرام،
ساری گلین.
نوسرئت کئسئمئن‌لی

No comments:

Post a Comment