2010/09/17

UNUDANDA اونوداندا باخارسان"

UNUDANDA BAXARSAN"
( şəkil arxasındakı yazı )

Dedin, son xatirəm quru şəkildi,
Yazdın, unudanda baxarsan ancaq.
Mən səni unutsam...
düşündünmü bir,
Şəklin səndən əvvəl unudulacaq...


Bilirəm,
Bir daha dönməyəcəksən,
əksin - yanan eşqin bir ovuc külü...
Özün yad ürəyi dinləyəcəksən,
Şəklinsə qəlbimin döyüntüsünü.


Səni saxlamağa çatmadı gücüm,
Açılan nə vaxsa solması imiş.
Şəklini vərəqə köçürmək üçün
Arada neqativ olmalı imiş.


Bu soyuq kağızda sevinc donubdur,
Kədərin hardasa yol gəlir hələ.
Üzünə xəfif bir gülüş qonubdur,
Hicrana baxırsan sən gülə-gülə...


Bir anın hökmüylə dəyişir insan,
Necə əziz idi bayaq bu şəkil.
Sən özün bir sevgi xumarındasan,
H
əmişə oyaqdır,
oyaq bu şəkil.


Bir kağız üstündə donan ümidin
Qəmli gözlərində əbədi ocaq,
Şəklin vaxtı sayan saat kimidi,
Yadıma düşəndə baxıram ancaq...

Nüsret KESEMENLİ
اونوداندا باخارسان"
( شکیل آرخاسین‌داکی یازی )
دئدین، سون خاطیرم قورو شکیلدی،
یازدین، اونوداندا باخارسان آنجاق.
من سنی اونوتسام...
دوشوندونمو بیر،
شکلین سن‌دن اول اونودولا‌جاق...
بیلیرم،
بیر داها دؤنمه‌یه‌جکسن،
عکسین - یانان عشقین بیر اوووج کولو...
اؤزون یاد اوریی دینله‌یه‌جکسن،
شکلینسه قلبیمین دؤیونتوسونو.
سنی ساخلاماغا چاتمادی گوجوم،
آچیلان نه واخسا سولماسی ایمیش.
شکلینی ورقه کؤچورمک اوچون
آرادا نئقاتیو اولما‌لی ایمیش.
بو سویوق کاغیذدا سئوینج دونوب‌دور،
کدرین هارداسا یول گلیر هله.
اوزونه خفیف بیر گولوش قونوب‌دور،
هیجرانا باخیرسان سن گوله-گوله...
بیر آنین حؤکمویله دییشیر اینسان،
نئجه عزیز ایدی بایاق بو شکیل.
سن اؤزون بیر سئوگی خومارینداسان،
همیشه اویاق‌دیر،
اویاق بو شکیل.
بیر کاغیذ اوستونده دونان اومیدین
قم‌لی گؤزلرینده ابه‌دی اوجاق،
شکلین واختی سایان ساعت کیمیدی،
یادیما دوشنده باخیرام آنجاق...

نصرت کسمنلی

No comments:

Post a Comment